Göygöldə “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusu müzakirə olunub
Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə B. Alızamanov adına Quşqara kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilib.
Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Sonda Dövlət Komitəsinin “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.