Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2025 / Bölgə xəbərləri

Göygöldəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Göygöl rayonundakı N saylı hərbi hissədə “Sülh aylığı” çərçivəsində “Ədalət və sülhün qorunmasında dinin önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Çıxışlarda dinin cəmiyyətin mənəvi sağlamlığının qorunmasında, ədalət və sülhün təşviqindəki rolundan bəhs olunub. Eyni zamanda dini radikalizmin və ekstremizmin yaratdığı təhdidlərə qarşı maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunub.