Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.10.2025 / Bölgə xəbərləri

Göygöldə tədbir keçirilib

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Orxan Seyidov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov və məktəblilər iştirak ediblər.

Çıxış edənlər  radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, dini maarifləndirmə işinin bu təhdidlərin qarşısının alınmasında oynadığı roldan danışıblar. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb.
Tədbir iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, mövzu ətrafında suallar cavablandırılıb.