Göygöldə məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov və məktəblilər iştirak ediblər.
Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.