Göygöldə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusu müzakirə olunub
Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşir adına Göygöl 7 illik Uşaq Musiqi Məktəbində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov və məktəbin müəllimləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyətindən danışılıb, eyni zamanda radikalizmin təhlükələrindən bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
