Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2023 / Bölgə xəbərləri

Göygöl rayonundakı hərbi hissədə “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusu müzakirə olunub

Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, hərbi hissənin İdeoloji İş və mənəvi-psixoloji təminat bölməsi rəisinin köməkçisi Aqil Namazov, Göygöl şəhər Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov  və hərbçilər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən bəhs edilib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş edilib.