Göygöl rayonunda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə "İntihar və özünəxəsarət İslam dinində qəbuledilməzdir" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl şəhər Heydər məscidinin mütəvəllisi Əlaslan Cəfərov, hərbi hissənin əməkdaşı Bəhruz Məmmədov və hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, hərbçilərlə aparılan müzakirələrin məqsədi gənclərə problem həlletmə bacarıqlarının aşılanması və onlarda sağlam düşüncə tərzinin formalaşdırılmasıdır.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş sənədli film nümayiş olunub.
