Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.09.2023 / Bölgə xəbərləri

Göygöl rayonunda “Gənclər arasında multikulturalizm və tolerantlıq ənənələrinin təbliğ olunması” mövzusunda tədbir keçirilib

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonunda  “Gənclər arasında multikulturalizm və tolerantlıq ənənələrinin təbliğ olunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, rayon Gənclər Evinin rəhbəri Şəhriyar İsmayılzadə və gənclər iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki,  Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb.  Vurğulanıb ki, ölkəmizdə bütün toplumlar, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkət olub. 

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirilib.