Göygöl rayonunda “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub
Fevralın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonu Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllim və şagirdlərin iştirakı ilə keçirilib.
Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb.Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.