Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2022 / Bölgə xəbərləri

Göygöl rayonunda “Dini radikalizmə qarşı mübarizə” mövzusu müzakirə olunub

Oktyabrın 25-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Göygöl Rayon İcra Hakimiyyəti və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə Göygöl Peşə təhsil məktəbində “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, Göygöl Gənclər evinin  direktoru Şəhriyar İsmayılzadə,  psixoloq Bəsti Rəhimova və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizm və yad dini ideologiyalar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, yeniyetmə və gənclər dini radikalizm, eləcə də ekstremizmin təsirlərindən uzaq, mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.