Göygöl rayonunda dini radikalizm mövzusu müzakirə olunub
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Göygöl Rayon İcra Hakimiyyəti (RİH) və rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmin təsirlərin qoruyaq!” mövzusunda tədbir təşkil olunub
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl RİH başçısının müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı danışılıb. Dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verilib. Bildirilib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir.


