Göygöl, Ağcabədi və Beyləqanda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RIH) birgə təşkilatçılığı ilə Göygöl rayon R.Rzayev adına Qızılca kənd tam orta məktəbində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, məktəbin direktoru Mehparə Qasımova, müəllim və şagirdlərin iştirakı ilə keçirilib.
***
Mayın 23-də Beyləqan rayonunda yerləşən hərbi hissələrdə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları”, “İslamda şəhidlik anlayışı” mövzularında tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarallar kənd məscidinin dini icma sədri və imamı Səbuhi İbadov, hərbi qulluqçular iştirak ediblər.
***
Mayın 23-də “Dini radikalizim və ekstremizmlə mübarizə” mövzusunda Tərtər rayonu, R.Almuradov adına Ələsgərli kənd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin fəsadlarından ətraflı danışılıb. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir. Bu sahədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb.




