Göyçayda "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 30-da Göyçay rayonu Çaxırlı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ), Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Sektorunun birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH-in məsul işçisi Samir Xəlilov, RPŞ-nın rəis müavini Abbas Paşa, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda zərərli vərdişlər və onların fəsadları haqqında məlumat verilib. Gənclərin və yeniyetmələrin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi bildirilib. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.