Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.10.2022 / Bölgə xəbərləri

Göyçayda "Zərərli vərdişlər və onların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 7-də Göyçay rayonu Mırtı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayonu Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər və onların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RPŞ-nin rəis müavini polkovnik leytenant Rasim Mirzəyev, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçılarına radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verilib, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən və erkən nikahlardan qorunması istiqamətində həyata keçirdiyi işlər diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.