Göyçayda milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolundan bəhs olunub
Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin və dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, bir milləti digərlərindən fərqləndirən onun milli-mənəvi dəyərləridir. Xalqımız müstəqilliyini bərpa etdikdən sonra qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək və dünyaya tanıtmaq üçün geniş imkanlar əldə etdi. Vurğulanıb ki, Ümummilli Liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm də dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

