Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2023 / Bölgə xəbərləri

Göyçayda "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda tədbir keçirilib

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Sektorunun birgə təşkilatçılığı ilə Ulaşlı-Şıxlı kənd tam orta məktəbində  "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RPŞ-nin rəisi Müqalib Abdıyev, aidiyyatı qurumların əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər. 

Çıxışlarda gənclərin, eləcə də məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər məktəblilərin radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar. Gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmindən də bəhs olunub.