Göyçayda maarifləndirmə tədbiri keçirilib
Fevralın 6-da Göyçay rayonu Ləkçıplaq kənd 1 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Göyçay Rayon Polis Şöbəsi (PŞ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin rayon Sektorunun birgə təşkilatçılığı ilə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon PŞ-nin rəisi Müqalib Abdıyev, Təhsil sektorunun müdiri Rauf Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından danışılıb. Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti xüsusilə vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


