Göyçayda din xadimlərinin iştirakı ilə tədbir keçirilib
Aprelin 8-də Göyçayda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ramazan bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Din xadimlərinə Ramazan bayramı namazını QMİ-nin fətvasına uyğun qılınması barədə tövsiyə olunub. Həmçinin tədbirdə mövcud dini durum müzakirə edilib.

