Göyçayda din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icması və Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ruhunun və mübarizə əzminin nümayişi: Aprel döyüşləri” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri - Rəsul Kazımov, Cavid Səfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri 2020-ci ildə qazandığımız böyük Zəfəri şərtləndirən əsas amillərdən biri idi. Vurğulanıb ki, istər Aprel döyüşləri, istər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu.