Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2024 / Bölgə xəbərləri

Göyçayda 8 Noyabr - Zəfər Günü münasibətilə “Haqqın Zəfəri” mövzusunda tədbir keçirilib

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Göyçay rayonu Qarabaqqal kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Haqqın Zəfəri” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, şəhid ailələrinin üzvləri, qazilər, dini icma sədrləri, din xadimlərinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı qeyd olunub ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük bu müqəddəs savaş tariximizin ən parlaq səhifəsinə çevrildi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və təqvimimizə Zəfər Günü kimi şanlı bir tarix əbədi həkk olundu.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib.