Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2024 / Bölgə xəbərləri

Göyçay və Qaxda maarifləndirmə tədbirləri keçirilib

Fevralın 22-də Göyçay şəhər 3 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Göyçay rayonu İcra Hakimiyyəti (RİH), rayon Polis Şöbəsi (RPŞ) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektorluğunun birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər və narkomaniya məktəblilərin gözü ilə" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, yerli qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

***

Fevralın 22-də Qax Peşə Liseyində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RPŞ-nin Azyaşlılar üzrə baş inspektoru Tərlan Hüseynov, rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və şagirdlər iştirak ediblər.


Çıxış edənlər narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları, onların sağlamlığa və yaxınlarına vuracaq zərərləri haqqında məlumat veriblər. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.