Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.02.2024 / Bölgə xəbərləri

Göyçay, Ucar və Zərdabın din xadimlərinin hesabatları dinlənilib

Fevralın 5-də Göyçay şəhər "Mərkəz" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşları, QMİ-nin səlahiyyətli nümayəndələri, Göyçay, Ucar və Zərdab rayonlarının din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər .
Din xadimlərinin, həmçinin dini icma sədrlərinin 2023-cü ilin yekunlarına dair hesabatı dinlənilib. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir müzakirələrlə davam edib.