Göyçay, Ucar və Gədəbəydə maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri və müvafiq yerli qurumlar tərəfindən regionlarda maarifləndirmə tədbirləri davam etdirilir.
Aprelin 26-da Göyçay rayonunda "Ənənəvi İslami dəyərlərin dini radikalizmə qarşı" mövzusu, Gədəbəy rayonunda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu, Ucar rayonunda isə "Milli -mənəvi dəyərlərimizin təbliği" mövzusu müzakirə edilib.
Keçirilən tədbirlərə DQİDK-nın bölgə şöbələrinin əməkdaşları Cavid Səfərov, Rauf Nəsirov, Əzim Rəfiyev, müvafiq qurumların əməkdaşları, müəllimlər, şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda respublikamızda dini radikalizmə, narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliği sahəsində DQİDK-nın fəaliyyəti yüksək qiymətləndirilib.
Tədbirlər müzakirələrlə davam edib.


