Goranboyda “Vətənpərvər gəncliyin yad təsirlərə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Faxralı kənd tam orta məktəbində “Vətənpərvər gəncliyin yad təsirlərə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Borsunlu kənd məscidinin imamı Turxan Məmmədov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub, maarifləndirmənin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda respublikamızda dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.
