Goranboyda “Radikalizmlə mübarizədə təhsil amilinin rolu” mövzusu müzakirə olunub
Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti (RİH) və Goranboy rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Radikalizmlə mübarizədə təhsil amilinin rolu” mövzusunda şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH başçısı Aparatının İctimayi-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərid Əliyev, Təhsil Sektorunun əməkdaşı Ariz Muxtarov, Qızılhacılı qəsəbə məscidinin imamı İlham Orucov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə radikalizmlə mübarizə istiqamətində həyata keçirilən işlərdən bəhs olunub. Bu istiqamətdə təhsilin rolu xüsusi qeyd edilib. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

