Goranboyda “Radikalizmə aparan yol - fanatizm” mövzusu müzakirə edilib
Martın 30-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Tatarlı kənd orta məktəbində “Radikalizmə aparan yol - fanatizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Tatarlı kənd orta məktəbinin direktoru Fuad Zamanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Mövzu ətrafında çıxış edən tədbir iştirakçıları radikalizm və fanatizmdən, eləcə də yad ünsürlərin gənclərə təsir metodlarından, milli-mənəvi dəyərlərimizin radikalizmə qarşı mübarizədə böyük önəm daşımasından bəhs ediblər.
