Goranboyda “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusu müzakirə olunub
Fevralın 13-də Goranboy rayonunda “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazilər Şurasının üzvü Anar Orucov, İcra Hakimiyyətinin əməkdaşı Nicat Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.