Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.03.2023 / Bölgə xəbərləri

Goranboyda maarifləndirmə tədbiri keçirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Goranboy rayonu Yeniyol kənd orta məktəbində “Dini fanatizm və radikalizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov, Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamran Abbasov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadları barədə məlumat verilib. Radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.