Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2023 / Bölgə xəbərləri

Goranboyda “Gənclərin yad təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin önəmi” mövzusunda tədbir keçirilib

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Goranboy Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yad təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin önəmi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH-in yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçisi Rauf Behbudzadə, rayon Gİİ-nin nümayəndəsi Vüqar Xəlilov və rayonun fəal gəncləri iştirak ediblər.

Mövzu ətrafında çıxış edən tədbir iştirakçıları radikalizm və fanatizmdən, eləcə də yad ünsürlərin gənclərə təsir metodlarından, milli-mənəvi dəyərlərimizin radikalizmə qarşı mübarizədə böyük önəm daşımasından bəhs ediblər. Bildiriblər ki, bu dəyərlər xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi olduğu üçün onu qorumaq hər bir vətəndaşın borcudur.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş “Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” sənədli filmi nümayiş etdirilib.