Goranboyda “Gənclərin radikal təsirlərdən qorunmasında təhsil amilinin rolu” mövzusu müzakirə olunub
Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Faxralı kənd tam orta məktəbində “Gənclərin radikal təsirlərdən qorunmasında təhsil amilinin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbə əməkdaşı Vüsal Hüseynli, Səfikürd-Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı radikalizmin mahiyyətindən, yarada biləcəyi təhlükələrdən danışılıb. Gənclərin radikal təsirlərdən qorunmasında təhsil amilinin rolundan bəhs olunub.


