Goranboyda “Gəncləri yad dini ideologiyalardan qorumağın yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Faxralı kənd tam orta məktəbində “Gəncləri yad dini ideologiyalardan qorumağın yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Safıkürd Tatarlı kənd məscidinin imam müavini Elnur Cəfərov, məktəbin direktoru Samir Süleymanov, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin yaratdığı fəsadlar qeyd edilərək, radikalizmlə mübarizədə təhsilin rolu vurğulanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş edilib.

