Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.09.2023 / Bölgə xəbərləri

Goranboyda "Dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə düşən vəzifələr” mövzusu müzakirə olunub

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə düşən vəzifələr” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edilib. Natiqlər qeyd ediblər ki, dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur. Bu istiqamətdə din xadimlərinin, dindarların üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanıb.