Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.10.2023 / Bölgə xəbərləri

Goranboyda "Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Goranboy rayonu Tatarlı kənd tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Safıkürd kənd məscidi dini icmasının sədri Elnur Cəfərov,  müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Maarifləndirmənin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən də danışılıb.