Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.04.2023 / Bölgə xəbərləri

Goranboyda dini radikalizm mövzusu müzakirə olunub

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə Goranboy rayonu Borsunlu kənd 1 saylı tam orta məktəbdə “Dini radikalizmin yaranma səbəbləri və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, kənd məscidinin imamı Turxan Məmmədov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan bəhs olunub. Eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.