Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2023 / Bölgə xəbərləri

Goranboyda dini radikalizm mövzusu müzakirə olunub

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Goranboy rayonu Xanqərvənd kənd orta məktəbində “Radikal və ekstremizm təmayüllü cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov, Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elman Rüstəmov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadları barədə geniş məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Dövlət Komitəsi tərəfindən silsilə maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.  

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.