Goranboyda dini radikalizm mövzusu müzakirə olunub
Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Goranboy rayonu Əlirzalı kənd orta məktəbində “Dini radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov, Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizadil Hüseynov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizmin fəsadları barədə məlumat verilib. Radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

