Goranboyda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib
Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun Tatarlı kənd tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, Safıkürd və Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, eləcə də məktəblilər iştirak ediblər.
Çıxışçılar Azərbaycanda mövcud olan tolerant və multikultural şəraitdən danışıblar. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.