Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.01.2023 / Bölgə xəbərləri

Goranboyda “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərid Əliyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də təhsil işçiləri, məktəblilər və gənclər iştirak ediblər.

Qeyd edək ki, adıçəkilən sənədli film Dövlət Komitəsinin sifarişi əsasında Vətən müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edir.