Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.02.2024 / Bölgə xəbərləri

Goranboy və Samuxda maarifləndirmə tədbirləri keçirilib

Fevralın 27-də Goranboy və Samuxda maarifləndirmə tədbirləri keçirilib.

Goranboy rayonunda "Yad təsirlərə qarşı mübarizədə din xadimlərinin rolu" mövzusunda maarifləndirmə tədbiri baş tutub.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, din xadimləri, həmçinin dini icma sədrləri iştirak ediblər.

***

Samux şəhər 1 saylı tam orta məktəbində isə "Narkomaniyaya qarşı mübarizə" mövzusu müzakirə edilib. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi İlqar Verdiyev və məktəblilər qatılıblar.

 

Çıxışlarda ölkəmizdə dini radikalizmə, yad təsirlərə və narkomaniyaya qarşı mübarizə istqamətində həyata keçirilən maarifləndirmə tədbirlərindən danışılıb. Bu istiqamətdə din xadimlərinin rolundan bəhs olunub.

Hər iki tədbir müzakirələrlə davam edib.