Goranboy və Balakəndə maarifləndirmə tədbirləri keçirilib
Yanvarın 17-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Safıkürd və Tatarlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin yad təsirlərə qarşı mübarizədə əhəmiyyəti" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, dini icma sədri Elnur Cəfərov, eləcə də dini icma üzvləri, kənd sakinləri iştirak ediblər.
***
Daha bir maarifləndirmə tədbiri yanvarın 18-də Balakən rayonu Talalar kənd 1 saylı tam orta məktəbində baş tutub. “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dövlətimizin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına hər zaman xüsusi önəm verdiyi qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin fərman və sərəncamları, reallaşdırılan dövlət proqramları milli-mənəvi dəyərlərə yad təsirlərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub.
Tədbirlər müzakirələrlə davam edib.