Gənclər arasında maarifləndirici tədbir keçirilib
İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gəncləri yad dini ideologiyalardan və təsirlərdən qorumağın yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Goranboy gənclər Evinin əməkdaşı Musa Paşayev, eləcə də gənc fəallar iştirak ediblər.
Çıxışlar zamanı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyi vurğulanaraq, yad təsirlərlə mübarizədə intellektli gəncliyin formalaşması üçün təhsil amilinin roluna diqqət yetirilib. Mövzu ətrafında geniş müzakirələr aparılaraq, radikalizmin yarada biləcəyi təhlükələr və fəsadlar barədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.