Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2025 / Bölgə xəbərləri

Gəncədəki hərbi hissədə "Suverenliyin qorunmasında dini mənəvi həmrəyliyin rolu" mövzusu müzakirə olunub

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Gəncə şəhər N saylı hərbi hissədə "Suverenliyin qorunmasında dini mənəvi həmrəyliyin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Gəncə şəhər “Şahsevənlər” məscidinin imamı Murad Əliyev, hərbi hissənin komandir müavini Zaur Əliyev və şəxsi heyəti iştirak edib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılıb. Eyni zamanda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunub.