Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Həsən Məmmədov, şəhər “Qazaxlar” məscidinin imamı Asif Əliyev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. İslam dinində insan həyatına verilən dəyərdən bəhs olunub.
Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.

