Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə “Dini radikalizmlə mübarizədə maarifləndirmənin önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Şahsevənlər məscidi dini icmasının imamı Murad Əliyev və hərbçilər iştirak ediblər.
Mövzu ilə bağlı çıxışlar edilib. Dini radikalizmlə mübarizədə maarifləndirmənin önəmindən bəhs olunub. Dini fanatizm və ekstremizmin qəbuledilməz olduğu diqqətə çatdırılıb.


