Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Samux şəhər məscidinin imamı İlham Məmmədov, Hərbi hissənin İdeoloji İş və Mənəvi Psixoloji Bölməsinin rəisi Zaur Əliyev və hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə qarşı təhdidlərdən bəhs edilib. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri qeyd olunub.


