Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2024 / Bölgə xəbərləri

Gəncədə “Zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Tahir Abbasov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı zərərli vərdişlərin, xüsusilə narkomaniyanın törətdiyi fəsadlardan, ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərdən bəhs olunub. Bildirilib ki, sağlam nəslin formalaşdırılması, gənclərin düzgün tərbiyələndirilməsi xalqın mənəviyyatının əsasını təşkil edir. Dövlət gənc nəslin təhsilinin yüksəlməsinə, mənəvi tərbiyəsinə, onların sağlamlığının qorunmasına strateji əhəmiyyətli məsələ kimi baxır və bu sahələrə xüsusi qayğı ilə yanaşır.

Sonda narkomaniyanın fəsadları ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib.