Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2024 / Bölgə xəbərləri

Gəncədə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  Gəncə şəhər N saylı hərbi hissədə “İslamın şəhidlik və intihara münasibəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, İmamzadə Ziyarətgah məscidinin imamı İlham Abbasov, Samux şəhər “Hz.Əbəlfəzl Abbas” məscidinin imamı İlham Məmmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlarda tarixən formalaşmış xalqımıza məxsus milli-mənəvi dəyərlər sisteminin zənginliyindən və bu dəyərlərin insan həyatına verdiyi əhəmiyyətdən danışılıb. Qeyd edilib ki, dinimiz yalnız şəhidlik zirvəsinə ucalmaq üçün candan keçməyi tövsiyə edir.