Gəncədə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
Fevralın 7-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları və gənc fəallar iştirak ediblər.
Çıxışlar zamanı radikalizm və ekstremizm təhlükəsindən bəhs olunub. Eyni zamanda dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti vurğulanıb. Gənclərlə bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

