Gəncədə və Qaxda maarifləndirmə tədbirləri keçirilib
Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Dini radikalizm və ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Regional Təhsil İdarəsinin əməkdaşı Vüsalə Balayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Qax rayonu Ləkit kənd tam orta məktəbində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda maarifləndirmənin vacibliyi diqqətə çatdırılıb. Mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.

