Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.09.2023 / Bölgə xəbərləri

Gəncədə “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Ombudsmanın Qərb Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanasında  “Sülh və birgəyaşayışın əsas şərtləri” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, dövlət tərəfindən sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görülür. Ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri arasında mehriban dostluq və qardaşlıq münasibətləri hökm sürür, dini və milli mənsubiyyətinə görə fərq qoyulmadan hamı bir ideya ətrafında birləşməyi bacarır. 

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Mənəvi intibah” filmi nümayiş olunub.